XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 23:38

Deputat Qüdrət Həsənquliyev:"Sərsəng su anbarının Azərbaycana qaytarılması təmin edilməlidir"

“Ölkəmiz BMT Təhlükəsizlik Şurasından Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir”

Strateq.az xəbər verir ki, bu fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev su qıtlığının aradan qaldırması üçün hansı addımların atılmasının zəruri olduğu barədə suala cavabında deyib.

BAXCP sədri qeyd edib ki, ilk növbədə Bakı şəhərində kanalizasiya suları dənizə axıdılmamalı, təmizlənərək suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır:“Bundan başqa, təcili Kürün Xəzərə tökülən hissəsində bənd vurulmalı, dənizin duzlu suyunun çaya daxil olmasına imkan verilməməlidir. Kürün də suyunun dənizə tökülməsi həmin bəndlə məhdudlaşdırılmalı və kənd təsərrüfatı üçün istifadə olunmalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına müraciət etməli, Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir. Tələb qısa bir müddətdə yerinə yetirilməzsə, Azərbaycan həmin əraziləri işğaldan azad etməlidir. Neftçalada Kür üzərində tikiləcək bəndlə bağlı ekoloji məsələlər mütəxəssislərlə müzakirə olunmalıdır. Azərbaycan təcili sənaye üsulu ilə suvarma sisteminə keçməlidir. Hər kəs sudan qənaətlə istifadə etməlidir. Bir də özümüzdən asılı olanı etməklə yanaşı, Allaha dua etməliyik ki, bizi su ilə sınağa çəkməsin,bol yağışlar yağsın.”