XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Mart 2016 - 12:15

Stratfor:«Rusların Suriyadan çıxması məsləhətləşmələrin pozulmasıdır"

maxresdefault

ABŞ-ın nüfuzlu «Stratfor» Analitik Mərkəzi Rusiyanın Suriyadan öz qoşunlarını çıxarmasını şərh edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, mərkəz qərarın Suriya ilə bağlı Cenevrə danışıqları ərəfəsində verilməsinə diqqət çəkib: «Qoşunların geniş formatlı Cenevrə görüşü ərəfəsində Suriyadan çıxarılması Suriyanın gələcəyinə dair məsləhətləşmələrin pozulduğu mənasını verə bilər. Bundan sonra Cenevrədə əldə olunacaq hər bir razılaşmanı, həmçinin Avropadan gələcək hər bir siqnalı diqqətlə izləmək lazımdır. Bu siqnallarda əldə olunacaq böyük sazişlə bağlı eyhamlar ola bilər».

«Stratfor» hesab edir ki, Rusiya Suriya ilə bağlı qarşısına qoyduğu hədəflərin hamısına çatıb: «Birincisi, bu müddət ərzində Suriya hökumətinin mövqeləri möhkəmləndi. İkincisi, Moskva öz ordusunun güclənmiş hərbi imkanlarını nümayiş etdirdi. Üçüncüsü, İŞİD-in zəifləməsinə nail oldu. Və nəhayət bəzi silahlarını ilk dəfə sınaqdan keçirdi».

Xatırladaq ki, prezident Vladimir Putinin göstərişi ilə dünən gecədən Rusiya qoşunları Suriyadan çıxmağa başlayıb.