XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

03 İyul 2020 - 11:14

İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq –BŞİH

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, sabah – iyulun 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.