XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2020 - 17:21

Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlanıb –BDYPİ

Həftəsonları hansı taksilərin fəaliyyət göstərəcəyi məlum olub.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

O bildirib ki, həftəsonu tətbiq ediləcək sərt karantin rejimi dövründə lisenziyası, fərqlənmə nişanı olan, “icaze.e-gov.az” portalında şəxsi məlumatları daxil edilən, avtomobilində xüsusi şəffaf arakəsmə olan taksilərin fəaliyyətinə icazə veriləcək: “Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”.