XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2020 - 20:58

Azərbaycanda qeyri-həyat sığortası rəsmi tariflərdən asılıdır – "Fitch"

“Azərbaycanın qeyri-həyat sığortası bazarının gələcək artım potensialı hökumətin tənzimlədiyi tariflərdən asılıdır”.

Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, 2019-cu ildə qeyri-həyat sığortası bazarında qeydə alınmış 7%-lik artımın 5,1%-i rəsmi tariflərlə işləyən icbari sığortanın, o cümlədən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortasının hesabına olub.

“Hesabat dövründə həyat sığortası Azərbaycan sığorta sektorunun kiçik bir hissəsi olaraq qalıb. Ancaq bu sektorda 2012-ci ildən 2018-ci ilə qədər güclü bir artım qeydə alınıb. Lakin 2019-cu ildə yanvarın 1-dən həyatın yığım sığortasına yönəldilən vəsaitlərin azalması ilə həyat sığortasında da azalma olub. Bu sektor bank sığortası məhsulları hesabına orta müddətdə böyümə potensialına malikdir”, – qurum bəyan edib. (report)