“Yoluxmanın artdığı bu günlərdə TƏBİB, Səhiyyə Nazirliyi birgə şəkildə fəaliyyət göstərir, ən yüksək ixtisaslı mütəxəssislər mübarizəyə cəlb edilib”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Bayramlı deyib ki, Azərbaycanda ölüm 2 faizdən aşağıdır: “Bu, protokolun düzgün tətbiqinin nəticəsidir”. (apa)