XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2020 - 18:01

TƏBİB xaricdən bir sıra məşhur həkimlər dəvət edib –Ramin Bayramlı

“REACT-C19 layihəsi bitsə də, Türkiyədə çalışan həmin həmvətənlərimiz Azərbaycanda qalaraq, fəaliyyətlərini davam etdirirlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Bayramlı deyib ki, rəylərin alınması üçün xarici ölkələrdən bir sıra məşhur həkimlər dəvət olunub: “Onlar bizim tətbiq etdiyimiz protokolların düzgün olduğunu bildirib, yeni tövsiyələr veriblər. Payız aylarında yoluxmanın artacağı ilə bağlı proqonclar da var. Əgər payız aylarında koronavirusla bağlı müsbət nəticəyə nail olmasaq, xəstəxanaların üzərinə düşən yük arta və ağır nəticələr ola bilər”. (apa)