XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2020 - 18:29

Ölkə üzrə hərəkətinə icazəsi olanlar yalnız bir halda rayonlara gedə biləcək –Ülvi Mehdiyev

“Bəzi vətəndaşlar icazə portalından qeydiyyatdan keçdiklərinə görə bütün ölkə ərazisi üzrə icazəsi olduğunu deyirlər. Amma sabahdan təşkilatlar bununla bağlı fəaliyyətinə icazı aldığı əməkdaşı üçün həm də ezamiyyə məlumatlarını da sistemə daxil etməlidir”. 

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Əgər sistemdə ezamiyyə icazəsi də olarsa, o zaman həmin şəxs yaşadığı şəhəri tərk edə biləcək. Əks halda, qarşısı alınacaq”, – o bildirib.