XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2020 - 19:19

Karantin olan digər rayonlara da 190 manat verilməsi şamil olunacaq –Prezidentin köməkçisi

190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunan bütün rayonlardakılara da verilməsinin tətbiq olunması müzakirə olunur və bu barədə qərar qəbul olunacaq.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:

“Bildiyiniz kimi, 190 manatlıq ödənişlə bağlı Nazirlər Kabinetinin qərarı qəbul olunub. 23 iyun tarixindən tətbiq olunmuş narıncı zonadakı 8 rayon üzrə ödənişlər təmin olunacaq”.

Onun sözlərinə görə, ödənişlər 2 -3 gün ərzində hissə-hissə verilməyə başlanılacaq: “Hissə-hissə verilməsi bankomatların qarşısında sıxlığın yaranmaması ilə bağlıdır. Yeni əlavə olunan 8 yeni rayon üzrə müzakirələr aparılır və qərar qəbul olunacaq”. (report)