XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 12:42

Saakaşvili istefa verib, yoxsa… –Mətbuat Xidməti açıqlama yaydı

saak-5.jpg

Mixail Saakaşvilinin Odessa qubernatoru vəzifəsindən istefaya göndərilməsi haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir.

Bu barədə informasiyanı Mixail Saakaşvilinin Mətbuat Xidməti yayıb(Axar.az).

Qeyd edək ki, bundan öncə Ukrayna mətbuatı Prezident Pyotr Poroşenkonun Mixail Saakaşvilini vəzifədən çıxardığı haqqında məlumat yayıb. Məlumatda vurğulanır ki, Poroşenko sərəncam imzalasa da, tarix qoymayıb. Bu isə o deməkdir ki, sərəncam hər an elan oluna bilər.

Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb. Sonradan o, Odessaya qubernator təyin edilib. Korrupsiya və hökumət üzvlərinə qarşı sərt çıxışı eks-prezidenti oliqarxların əsas düşməninə çevirib.