XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2020 - 21:59

Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edilib – “Türk Hava Yolları”

İyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olunan İstanbul – Bakı – İstanbul “Türk Hava Yolları” uçuşları bərpa olunub.

“Türk Hava Yolları”nın Bakı nümayəndəliyindən verilən məlumata görə, bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər.

“Yaranmış olan bu narahatlıq səbəbi ilə “Türk Hava Yolları” sərnişinlərdən üzrxahlıq edir”, – deyə bildirilib.