XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2020 - 22:43

Alimlər koronavirus əleyhinə vaksin kəşf edə biləcəklərmi? –ÜST əmin deyil

Ümumiyyətlə, koronavirus əleyhinə vaksinin meydana gələcəyinə əminlik yoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedors Adxanom Gebreyesus bəyan edib.

“İndiki halda əlimizdə koronavirus əleyhinə heç bir vaksin yoxdur. Ümumiyyətlə, vaksin olacaqmı? Əlbəttə, nikbinlik lazımdır, amma ehtiyatlı nikbinlik” – ÜST rəhbəri qeyd edib.

Gebreyesus dəqiqləşdirib ki, hazırda ekspertlər maraqlanırlar – bütün ölkələrə təqdim etmək üçün vaksinin yetərli istehsalı imkanları mümkün olacaqmı? (azpolitika.info)