XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

04 İyul 2020 - 00:01

16 bölgədə bu gündən ictimai nəqliyyat işləməyəcək –SİYAHI

Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropoliteni və.ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Strateq.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti, o cümlədən metronun fəaliyyəti da dayandırılıb:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Qərarla əlaqədar bu gün saat 00:00-dan 6 iyul saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Qeyd edək ki, Operativ Qərargahın qərarı ilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə də məhdudiyyət tətbiq edilir.