XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

04 İyul 2020 - 11:13

ABŞ səfiri:“Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq”

4 iyul ABŞ-ın Müstəqillik Günüdür.

APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi Müstəqillik Günü ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin videomüraciətini yayımlayıb. Müraciətdə səfir bildirir ki, adətən ABŞ Səfirliyi 4 iyul Müstəqillik Gününü qeyd etmək üçün ziyafət təşkil edir:

“Keçən il biz Səfirliyin bağında yer alan möhtəşəm tədbidə çoxsaylı Azərbaycanlı dostlarımızı salamlamışdıq və daha çox insan bizə Facebook vasitəsilə canlı yayımda qatılmışdı. COVİD-19 pandemiyası səbəbindən biz bu il sizinlə toplaşaraq bir araya gələ bilməyəcəyik. Lakin üzləşdiyimiz mövcud vəziyyət bizim, Amerikanın müstəqilliyinin 244-cü ildönümünü virtual qeyd edə bilməyəcəyimiz demək deyil. Səfir Litzenbergerin 4 İyul bayramına dair video müraciətini sizə təqdim edirik”.

Səfir deyib ki, ABŞ dövləti çətin və uzunmüddətli mübarizədən sonra yaradılıb: “ABŞ konstitusiyası “Biz, Amerika xalqı daha mükəmməl birlik yaratmaq üçün…” sözləri ilə başlayır. Bizim böyük dövlətimizi məhz xalqımız və vətəndaşlarımızın özü yaratmışdı. Onlar universal hüquq və azadlıqlarına hökumət tərəfindən hörmət ilə yanaşılmasını təmin edirlər. Onlar bilirlər ki, daha mükəmməl birliyin yaradılması və qorunması üçün vaxt və səy tələb olunur.

ABŞ Konstitusiyasının daxilində əks olunmuş “Hüquqlar haqqında qanun” imkan verir ki, bu gün vacibliyi barədə danışdığımız, hər bir kəsin malik olduğu sözügedən hüquqlara hökumət tərəfindən hörmət olunsun və əsas azadlıqların qorunmasını təmin etsin. Sözügedən Birliyin daha mükəmməl edilməsinə dair iş hətta 244 il keçdikdən sonra da davam edir. Bizim 1776-cı ili Birləşmiş Ştatların müstəqilliyinin bəyan olunmasını tarix kimi qeyd etməyimizə, “Hüquqlar haqqında qanun”u və Konstitusiyamızı təsdiq etməyimizə baxmayaraq, hökumətimiz illər boyu vətəndaşların bərabər hüquqlarını təmin edə bilməmişdi. Bu bərabərsizliyə quldarlıq, qadınların səsvermə hüququndan məhrum olunmaları da daxil olmaqla böyük və kiçik digər dəhşətli ədalətsizliklər daxildir.

Corc Floydun polislər tərəfindən həbsi zamanı baş vermiş ölüm hadisəsi bizə nümayiş etdirdi ki, hətta indiki zamanda da müəyyən vətəndaşlar ABŞ Konstitusiyasının əhatə etdiyi hüquqları əldə etmək üçün mübarizə aparırlar. Biz uğura imza atmışıq, lakin qarşımızda kifayət qədər görüləcək işin olduğunu da dərk edirik. Ümid edirəm ki, 4 iyul tarixində bu işin irəliləməsi üçün üzərimizə götürdüyümüz öhdəliyə sadiq olmağımızı yenidən bəyan edəcəyik. Bizim azərbaycanlı dostlarımızın da dövlətləri daxilində bu öhdəliyə qatılmalarına ümid edirəm”.

Səfir qeyd edib ki, Birləşmiş Ştatlar və Azərbaycan arasında vacib tərəfdaşlıq əlaqələri mövcuddur: “Biz Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq”.