XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 13:01

Prezident İlham Əliyevi Ərdoğan belə qarşıladı –VİDEO

ilham-erdogan

Xəbər verdiyimiz kimi, Azərbaycanın dövlət başçısı İlham Əliyev bu gün Türkiyənin paytaxtı Ankaraya yola düşüb. 

Ölkə üçün gərgin keçən günlərə baxmayaraq, Ankarada Azərbaycan prezidentini xüsusi hörmətlə qarşılayıblar. 

Xatırladaq ki, əslində bu gün Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə gəlməliydi. Ancaq martın 13-də baş verən dəhşətli terror aktıyla əlaqədar olaraq prezident Rəcəb Tayyib Ərdoğan Bakıya gələ bilməyib. 

Buna qarşılıq olaraq İlham Əliyev görüşün Ankarada baş tutması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs Türkiyə rəsmiləri tərəfindən məmnunluqla qarşılanıb(Musavat.com).