7-ci mikrorayondakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı FHN-in yanğından mühafizə xidmətinin əməkdaşlarından xəsarət alanlar olub.
Baku TV xəbər verir ki, hadisə nəticəsindən tüstüdən zəhərlənən yanğınsöndürənlər yoldaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.
Bundan əlavə mülki vətəndaşlardan da xəsarət alanların olduğu bildirilib.
Yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvə və texnika cəlb olunub.
***
APA-nın məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev Bakıda Sobsan boya fabrikinin yandığı əraziyə gəlib.
***
FHN tərəfindən ərazidə yaradılan Qərargahdan APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.
***
Bakının Binəqədi rayonunda Sobsan boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.
***
Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.
Qərargahdan APA-ya verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.
***
Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikində başlanan yanğın partayışla müşahidə edilməkdədir.
APA-nın hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.
***
Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikində yanğın başlayıb.
APA-nın məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.
FHN-dən APA-ya faktı təsdiqləyiblər.
Əlavə məlumat veriləcək.