XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2020 - 00:07

Səhiyyə Nazirliyindən Binəqədidəki yanğınla bağlı –Açıqlama

Binəqədi rayonunda yerləşən “Sobsan” boya fabrikində baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım stansiyasına çağırış 20:18-də daxil olub.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində dörd nəfər FHN əməkdaşı müraciət edib ki, onlardan biri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, üç nəfər isə Toksikologiya mərkəzinə aparılıb/Oxu.az