XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2020 - 00:15

“Olaylar” qəzeti və eyni adlı İnformasiya Agentliyi satışa çıxarıldı:"Alan varmı?"

“Olaylar” qəzeti və eyni adlı agentlik satışa çıxarılıb.

Bu barədə qəzetin təsisçisi və Baş redaktoru Yunus Oğuz açıqlama yayıb.

O, sosial şəbəkədəki hesabında belə yazıb: “25 yaşı olan “Olaylar” qəzetini və “Olaylar” İnformasiya Agentliyini satıram. Alan varmı?”.

Baş redaktor satışın səbəbini açıqlamayıb.

Xatırladaq ki, KİVDF-nin bu gün yardım ayırdığı 18 qəzetin arasında “Olaylar” da var.

Fond siyahıda yardımın məbləğini açıqlamasa da, Mia.az-ın əldə etdiyi məlumata görə, “Olaylar”a hər ay üçün 5 min manat ayrılıb: “Qəzet bu vəsaitlə həftədə bir dəfə nəşr olunmalıdır”.