XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 13:20

“Geosiyasi proseslər ziddiyətli durum yaradıb” –Artur Rasi-zadə deputatlara hesabat verdi

artur.jpg

Baş nazir Artur Rasi-zadə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatını Milli Məclisə təqdim edib.

Strateq.az Modern.az-a istinadən xəbər verir ki, baş nazir bildirib ki, ötən il dövlət büdcəsinin icrası zamanı prioritet əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsində heç bir problem olmayıb:

“2015-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul real ifadədə 1,1% artıb. 2015-ci ildə ölkənin qeyri-neft sektoru 10% artıb. Hesabat dövründə əsas kapitala yatırılan vəsaitin 55%-i qeyri-neft sektorunun payına düşüb. Maliyyə sektorunda çətinliyə baxmayaraq inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb. Ötən il makroiqtisadi tarazlığın qorunması manatın devalvasiyasını zəruri edib".

Hökumət başçısı bildirib ki, 2015-ci ildə Azərbaycanda qeyri kənd təsərrüfatı sahəsini inkişaf etdirilməsi məqsədi ilə 269 sənaye müəssisəsi yaradılıb:

“Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Bu məqsədlə bir sıra layihələr həyata keçrilməkdədir. Artıq bu məqsədlə regionların sosial-iqtisadi vəziyyətinin inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan 3-cü dövlət proqramı icra olunmaqdadır.

Biz qeyri- neft sektorunun inkişafında şaxələndirməyə böyük önəm veririk. Belə ki, təkcə aqrar sahəyə deyil, eyni zamanda sənaye, maşınqayırma, gəmiqayırma, kosmik sahə və digər sahələrin inkişaf etdirilməsi istiqamətində işlər görülür. Məhz bunun nəticəsində 2015-ci ildə qeyri-neft sektoru 70 faizədək inkişaf edib. Təkcə 2015-ci ildə 269 müəssisə yaradılıb. Biz bundan sonra da bu sahənin inkişaf olunmasına çalışacağıq”.

Baş nazir vurğulayıb ki, ötən hesabat dövründə Azərbaycanda müasir formada beş qaçqın və məcburi köçkün şəhərciyi tikilib, istifadəyə verilib:

“Bu qəsəbələrə 15 mindən artıq məcburi köçkün və qaçqın köçürülüb. Qəsəbələrədə bütün sosial şərait yaradılıb. Bu qəsəbələrin salınmasına 430 milyon manat vəsait xərclənib”.

Baş nazir qeyd edib ki, ordunun müasir silah-sursatla təmin edilməsi istiqamətində müvafiq addımlar atılıb:

“Silahlı Qüvvələrin işğalçı tərəfə verdiyi cavablar bunu bir daha sübut edir. Silahlı Qüvvələrə yardım Fonduna ianə kimi daxil olan məbləğ 70 milyon manatdan çox olub. Hərbi sənaye kompleksinin müəssisələrində müdafiə təyinatlı məhsullar istehsal edilir.

Neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlər arasında müşahidə edilən geosiyasi proseslər ziddiyətli durum yaradıb. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, uğurlar əldə edilməsi o qədər də asan deyil. Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkənin inkişafına, xalqın rifahına və əmin-amanlığına nail olacağıq”.