XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

05 İyul 2020 - 15:41

Xaçmaz və Siyəzəndə polis gücləndirilmiş iş rejimində:"Karantin rejimini pozanlar məsuliyyətə cəlb olunur" - FOTOLAR

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə iyun ayının 5-dən saat 00:00-dan respublikanın şimal rayonları olan Xaçmaz və Siyəzəndə sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində  Xaçmaz və Siyəzən Rayon Polis Şöbələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, xidməti avtomobillərdə olan  xüsusi səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumatlar verir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər.

Bundan əlavə rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Görülən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, məqsəd onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.

Elan edilmiş rejim qaydalarını pozan şəxslər aşkarlandıqda isə həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunurlar.