XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2020 - 16:23

Dövlət Vergi Xidməti:"İşçilərin fəaliyyətinin davam etdirilməsinə dair icazələr yalnız e-imza ilə alına bilər"

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməyən özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Bu barədə Dövlət Vergi Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, icazə almaq üçün fəaliyyət növünüzün (5 rəqəmli kodunun) Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamaq tələb olunur.

Fəaliyyət sahələri və kodları ilə məlumat Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilib.