XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2020 - 17:10

İqtisadiyyat Nazirliyinə əlavə səlahiyyət verildi –Fərman

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Əvvəllər bu səlahiyyət ləğv edilmiş Vergilər Nazirliyində idi/APA.