XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2020 - 18:07

BŞBPİ qadının polisə tabesizlik göstərməsinə dair görüntülərə aydınlıq gətirib –VİDEO

Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsi əks olunan görünütülər polis tərəfindən araşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, həmin fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib. B.M-nın bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub.