XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2020 - 19:47

Yevlaxda karantin rejimini pozan çayxana aşkar olunub –VİDEO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən çayxana aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Məkana baxış zamanı 12 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.