XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2020 - 21:35

Bakıda xidmətdə olan hərbi qulluqçuya hörmətsizlik edən şəxs saxlanılıb –VİDEO

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcək.