XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2020 - 21:46

“İcazələr portalı vasitəsilə 552 616 işçiyə icazə alınıb” –İqtisadiyyat Nazirliyi

6 iyul saat 14:00-a olan məlumata görə, “icaze.e-gov.az” portalında 24 862 işəgötürən tərəfindən 552 616 işçiyə icazə alınıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iqtisadi fəallığın saxlanmasında bilavasitə maraqlı olan İqtisadiyyat Nazirliyi sahibkarları ölkədə yaranmış sanitar-epidemioloji duruma həssaslıqla yanaşmağa çağırır. Hazırda nazirliyin bütün strukturları fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan vergi ödəyicilərinin qarşılaşdığı çətinlikləri həll etmək üçün səfərbər olunub.

İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrin fəaliyyət kodlarını təqdim edir. Hüquqi və fiziki şəxslər fəaliyyətinə icazə verilən sahələr, habelə işçi sayına tətbiq edilən məhdudiyyətlər barədə məlumatı aşağıdakı link vasitəsilə dəqiqləşdirə bilərlər: https://www.economy.gov.az/article/bildirish/31033.