XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2020 - 00:09

“Hotel işçilərinin məhdudiyyətlə xaricilərə xidməti mümkünsüzdür” –AZTA

Azərbaycan Turizm Assosiasiyası (AZTA) İqtisadiyyat Nazirliyinə müraciət ünvanlayıb.

Bu barədə Assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Assosiasiyanın İqtisadiyyat Nazirliyinə müraciəti icazələr portalında xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri siyahısında “turizm” bölməsinin olmamasıdır.

Müraciətdə deyilir ki, qeyd edilən sahə pandemiyanın ən çox təsirinə məruz qalıb:

“Azərbaycanın turizm sektoru koronavirus pandemiyasının təsirindən ən çox əziyyət çəkən sahələrdəndir, bununla belə, hazırda daxili turizmin inkişafı, hotel biznesinin dayanıqlılığı və digər sahələrin yeni şəraitə uyğunlaşdırılması üçün təkliflər hazırlanır, müvafiq işlər görülür. Turizm nümayəndələrinə xüsusi karantin dövründə hərəkət məhdudiyyətlərin tətbiq edilməsi turizm sektorunun fəaliyyətinə ciddi zərər verir və bu sahəni iflic vəziyyətə gətirə bilər.

İlk növbədə hotel işçilərinin hərəkətinə qoyulan məhdudiyyət ölkəmizdə qalan xarici vətəndaşlara xidmət etməyi mümkünsüz edir, turizm agentlərinin hərəkətinə tətbiq olunan məhdudiyyət müştərilərinə aviabilet və tur paketlərin geri qaytarılması və ya dəyişdirilməsi xidmətinın göstərilməsində çətinliklər yaradır. Media qurumları ilə bərabər çalışan turizm assosiasiyalarının hərəkətinə məhdudiyyətlər isə hazırda ən vacib məqamlardan olan media və cəmiyyətə lazımı məlumatları çatdırılması işinə ciddi məhdudiyyətlər qoyur. Qeyd etmək istərdik ki, turizm assosiasiyaları həm də nəzarət qurunlarıdır və onların fəaliyyəti, xüsusən də yeni şəraitə uyğunlaşma dövründə olduqca vacibdir.

Qeyd olunanları nəzərə alaraq, turizm sənayesinin əsas qurumlarının icazə portalına daxil edilməsi məsələsinə yenidən baxmanızı xahiş edirik”, – deyə müraciətdə qeyd edilir.