XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2020 - 10:40

Bakıda klinikada 33 tibb işçisi koronavirusa yoluxub –Açıqlama

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının koronavirusa yoluxan tibb işçilərinin sayı məlum olub.

ATU-dan Oxu.Az-a bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub:

“Onlardan altısı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.

G.Aslanova qeyd edib ki, hazırda müalicə alan tibb işçilərindən altısının vəziyyəti ağırdır:

“İşçilərdən 15-nin vəziyyəti orta ağır, altısının vəziyyəti isə yüngüldür”.