XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2020 - 13:00

Koronavirusa yoluxan sabiq deputat Türkiyəyə aparıldı:“Xəstəliyi bir qədər ağır keçirirəm"

“Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam”.

Strateq.az bildirir ki, bu fikirləri Modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib.

Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:

“Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram”.

Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub