XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 15:20

Kremldən ilk açıqlama:"Rus qoşunlarının Suriyadan çıxması..."

peskov

Kremldən Rusiya qoşunlarının Suriyadan çıxması ilə bağlı ilk açıqlama gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu addımın danışıqlarla yox, prezident Putinin qərarı ilə bağlı olduğunu bildirib: «Bu və ya digər nəticələri nəzərə alaraq prezident belə qərara gəlib ki, Rusiyanın Suriyaya dair əsas hədəfləri yerinə yetirilib. Ona görə də belə bir qərar qəbul edilib. Bu qərarın Suriya ilə bağlı danışıqlara aidiyyəti yoxdur».

Peskov onu da bildirib ki, Moskva bu qərarı ilə Suriya prezidenti Bəşər Əsədə təzyiq göstərmək fikrində deyil.