Berlində baş verən partlayışla bağlı terakt versiyasi istisna olunur.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya polisi avtomobilin bombadan yox, başqa səbəbdən partladığını və nəticədə sürücünün həyatını itirdiyini bildirib.
Hadisə bu gün yerli vaxtla 8.30-da Berlinin Şarlottenberq rayonunda baş verib. Polis «Welt.de»yə deyib ki, avtomobilin terakt nəticəsində partladığını deməyə heç bir əsas yoxdur.
Qeyd edək ki, Türkiyə mətbuatı avtomobilin içində bomba olduğu və partlayışın bu səbəbdən baş verdiyi barədə məlumat yayıb.