XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

15 Mart 2016 - 17:18

“Yaxşı gündə də, pis gündə də birlikdəyik” –İlham Əliyev Ankarada mesaj verdi

ilham-erdogan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev ortaq mətbuat konfransı keçirib.

Prezident İlham Əliyev sözə Ankara terrorunun qurbanlarını yad edərək, başlayıb: “Ankarada baş verən terror hücumu ilə bağlı Azərbaycandan Türkiyəyə başsağlığı mesajı gətirdim. Allah ölənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Biz bu gün Türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı gündə də, pis gündə də birlikdəyik. Bu hücumlar Türkiyəni sarsıtmaz. 25 ildir ki, Türkiyə ilə Azərbaycan birlik və həmrəylik göstərir”.

Dövlət başçısı Türkiyənin dünyada zirvələrə yüksəldiyini qeyd edib: “Bizim müstəqilliyimizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq. Bu gün Türkiyə ilə Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir. Bizim xalqlarımızın birliyi və qardaşlığı əsas məsələdir. Biz bu əsas məsələ üzərindən dostluğumuzun, qardaşlığımızın binasını inşa edirik. Bu gün burada imzaladığımız sənədlər birliyimizin işarəsidir. Türkiyə dünya çapında güc mərkəzidir. Əziz qardaşımızın yorulmaz işləri ilə Türkiyə dünyada zirvələrə yüksəlib. Türkiyəyə dünyada göstərilən qayğı və hörmət bizi sevindirir. Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olub. Türkiyə kimi böyük dövlətin bizə verdiyi dəstək bizim üçün çox vacibdir. Türkiyə ilə Azərbaycan TANAP layihəsinə dəstək verdi”.