XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2020 - 09:32

Bu gün müəllimliyə namizədlər üçün onlayn müsahibə keçiriləcək –Təhsil Nazirliyi

Bu gün dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək. 

Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi 8 iyul saat 23:59-da başa çatıb.

Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə artıq məlumat göndərilib.