XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2020 - 13:39

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək –Səfirlik

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə ediləcək vətəndaşlar 11 iyul tarixində Tbilisidə COVID-19 testindən keçiriləcəklər.

Testlərin nəticəsi iyulun 12-də sonra açıqlanacaq.

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 13 iyul tarixində Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yollanacaqlar.