XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 14:58

Sərt karantin olmayan bölgələrdə yeni qayda –“Gəlmələr” istirahət məkanlarına buraxılmır

“Sərtləşdirilmiş karantin rejimi elan olunmayan bölgələrdə kafe-restoranlara yeni məhdudiyyətlər tətbiq edilib. Bakıdan, başqa şəhər və rayonlardan gələn şəxslər istirahət məkanlarına buraxılmır. Yollarda qurulan postlarda, yaxud mütəmadi keçirilən reydlər zamanı vətəndaşların sənədləri yoxlanılır. Yerli olmayan şəxslər və obyekt sahibləri cərimə, xəbərdarlıq edilir”.

Bu barədə Qərb bölgəsində çalışan restoran sahibi bildirib.

Sahibkar deyib ki, onların fəaliyyəti əsasən yay mövsümünü əhatə edir:“Əsas gəlirmiz kənardan rayonlara dincəlməyə gələn müştərilərdən çıxır. Yerli sakinlərin maddi imkanları çox aşağı olduğuna görə, tək-tük adamın yadına istirahət düşür, bulaq başına, sərin yerlərdə olan turistik məkanlara baş çəkirlər. Əvvəllər yaxşı idi, Rusiyadan gələlənlər də istirahətə, əyləncəyə yaxşı pul xərcləyirdilər. İndi pandemiyaya görə, bu imkan da əldən çıxıb. Gedən orada işləyir, qalanın da pulu yoxdur”.

Sahibkar onu da deyib ki, reydlərdən sonra əksər kafe-restoranlar boş qalıb: “Post qurub gələnləri geri qaytarırılar, cərimələyirlər. Yerli adamları da maksimum 5 nəfər birlikdə oturmağa qoyurlar. Ona görə, heç kim gəlmək istəmir. Biz bütün karantin tələblərinə riayət edirik. İşçilərimiz test veriblər, mütəmadi dizinfeksiya işləri aparılır, xidmət personalı maskada çalışır, əllər tez-tez spirtlə təmizlənir. Amma buna əhəmiyyət verən yoxdur”.

Restoran sahibi deyir ki, 13 nəfər işçisini ixtisar etmək məcburiyyətindədir. Onlara maaş verə bilmir, qoyulan qadağaların nə zaman başa çatacağı da məlum deyil: “Əgər bizim bölgədə sərtlşdiriliş karantin rejimi elan edilməyibsə, sahibkarlar üçün daha münasib iş şəraiti qurmaq lazımdır. Məlumdur, pandemiyaya görə, əksər sahələr bağlıdır, turizm ölüb, şəhərlərdə iaşə xidməti, ticarət mərkəzləri işləmir. Heç olmasa, sərt karantin elan olunmayan yerlərdə camaata işləməyə imkan versinlər. Belə olmaz axı!” (AzPolitika.info)