XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 16:43

İmtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən başlanılacaq – DİM

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 10-da sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilib. 

DİM-dən verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin bütün inzibati binalarında şənbə və bazar günləri dezinfeksiya işləri aparılacağı üçün DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən etibarən başlanılacaq.

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında, həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olanacaq.