Bu gün yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 576 test aparılıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Bununla da Azərbaycanda COVID-19-la bağlı aparılan testlərin sayı 552 311-ə çatıb.