XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 18:12

Prezidentin köməkçisi:“Rəqəmlərdə müəyyən stabilləşmə var”

“Rəqəmlərdə müəyyən stabilləşmə var. Bu da hər birimizi sevindirir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlətin bütün resursları səfərbər olunub: “Dünyadakı epidemioloji vəziyyət də yaxşı deyil. Azərbaycan qlobal müstəvidə də ardıcıl səylərini davam etdirir. Bu gün BMT Baş Asambeleyasının xüsusi sessiyası öz işinə başlayıb. BMT-nin tarixində 30-cu dəfədir ki, xüsusi sessiya çağırılıb.” (report)