XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 18:34

“Azərbaycanın xaricdəki səfirliklərində də koronavirusa yoluxma halları var” – Prezidentin köməkçisi

”Azərbaycanın xaricdəki səfirliklərində də koronavirusa yoluxma halları var”. 

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Meksika və Moldovada səfirliklərin əməkdaşları və onların ailə üzvləri arasında yoluxma halları var. Buna baxmayaraq, diplomatik nümayəndəliklər fəaliyyətini davam etdirir”. (apa)