XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2020 - 19:07

Daha 250 Azərbaycan vətəndaşı Dağıstandan təxliyə ediləcək –Hikmət Hacıyev

“Qarşıdan gələn həftə ərzində Rusiya-Azərbaycan sərhədi boyunca 250 civarında olan vətəndaşlarımızın ölkəyə gətirilməsi nəzərdə tutulub”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev qeyd edib ki, həftə ərzində Gürcüstanda olan 200 vətəndaş Azərbaycana gətiriləcək: “Qətərdən və Macarıstandan da Azərbaycana vətəndaşların gətirilməsi nəzərdə tutulub”. (apa)