XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2020 - 19:18

Virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb –Prezidentin köməkçisi

“Təcridxanalarda yoluxmalar qeydə alınır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11, 14 saylı cəzaçəkmə müəssisəsində 5, qadınların cəza çəkdiyi müəssisədə 2 məhkumun testi müsbət çıxıb: “Yeni yoluxan həmin 18 nəfərdən ikisi qanunvericiliyə uyğun şəkildə vaxtından əvvəl şərti azadlığa buraxılaraq, müalicə almaq məqsədilə TƏBİB-ə təhsil verilib. Qalan şəxslər isə izolyasiya edilərək müalicələri davam etdirilir. Penitensiar xidmətdə də yoluxma halları baş verir”. (apa)