XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2020 - 19:41

“Vətəndaşların sıxlığına yol verməmək üçün fərqli iş saatları tətbiq olunur” –Hikmət Hacıyev

“Metronun bağlanması yoluxmalarla bağlı olub”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə deyib ki, o özü də ictimai nəqliyyatdan istifadə edir: “Avtobuslarda müəyyən sıxlıq var, vizual müşahidələrdə də bu, onu göstərir. Ona görə də Bakı Nəqliyyat Agentliyi qarşısında tələb qoyulub ki, avtobusların, o cümlədən ekspress marşrutlardakı avtobusların sayı artırılsın. Avtobusların sayı təhlil edilir. Həmçinin, vətəndaşların sıxlığına yol verməmək üçün iş saatlarında da fərqli vaxtlar tətbiq olunub. Özəl sektora da müraciət olunub ki, vətəndaş sıxlığının qarşısını almaq üçün iş saatına başlama saatları dəyişdirilsin”. (apa)