XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 17:54

XİN-in idarə rəisi barədə həbs qətimkan tədbiri seçildi –Məhkəmə qərarı

Səbail Rayon Məhkəməsində Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Hakim Şahin Abdullayevin sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (report)