XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2020 - 20:39

“Kütləvi şəkildə idarələrdə testlərin aparılması tövsiyə olunmur” –Yaqut Qarayeva

“PCR testlərinin aparılması yaxşı olardı ki, simptomları olan xəstələr arasında aparılsın. Xəstəliyi yüngül keçirən şəxslər isə evdə izolyasiya olunsa, daha məqsədəuyğundur”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Y.Qarayeva qeyd edib ki, PCR yaxma formasında olur:

“Xəstəliyin və yoluxmanın günündən asılı olaraq nəticələr dəyişir. Ona görə də kütləvi şəkildə idarələrdə PCR testinin aparılması narahatlığa səbəb ola bilər və tövsiyə olunmur. Tövsiyəmiz odur ki, iş yerlərində gigiyenik qaydalara əməl edilsin və sosial məsafəyə düzgün riayət edilsin”. (report)