XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 21:03

Evdə müalicə olunan koronaviruslu xəstələrin sayı açıqlanıb

Bakıda əhalinin sıx olması və yoluxanların sayının çox olması ilə əlaqədar təcili yardımın işini yüngülləşdirmək üçün poliklinikalar vasitəsi ilə ev şəraitində müalicəyə başlanıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.

Səhiyyə Nazirliyinin aparat rəhbəri deyib ki, Bakıda 10202 nəfər ev şəraitində müalicə alır: “Onların içərisində simtomsuz, yüngül və testi neqativ nəticə verən insanlar da var. Bu qaydanın regionlarda tətbiqinə isə hələ ehtiyac yoxdur”. (apa)