XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2020 - 11:50

Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib- SƏRƏNCAM

Prezident İlham Əliyev “C.C.Əsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, C. Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədridir.