XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2020 - 10:17

Gürcüstanda koronavirus:sutka ərzində cəmi 5 nəfər yoluxub

Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 986 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda hazırda 5001 nəfər karantində saxlanılır, 219 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 857 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.