XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2020 - 18:54

“Hər hansı ərazi itkisinə yol verilməyib” –Müdafiə Nazirliyi

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatla bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

“Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”.