XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2020 - 12:14

Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyə olunur –Səfirlik

Türkiyədə qalan 26 Azərbaycan vətəndaşı Gürcüstan vasitəsilə Vətənə təxliyə olunur.

Bu barədə Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

Hazırda vətəndaşlar Gürcüstan ərazisinə “Sarpi” sərhəd-keçid məntəqəsindən daxil olurlar. Onlar koronavirusla bağlı Türkiyədə testdən keçiblər və arayış əldə ediblər.

Həmin şəxslərin səfirliyin dəstəyi ilə bu gün ərzində “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbayacana keçməsi təmin olunacaq.