XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2020 - 12:05

Yevlaxda karantin qaydalarını pozan idman zalı aşkarlanıb –8 nəfər saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 8 nəfərin idman zalında toplaşaraq əlbəyaxa idman növləri üzrə məşq etdikləri müəyyən edilib. Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.